“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO

Qafar Ağayev17:55 - 21 / 05 / 2024
“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO

Mayın 20-də “Four Seasons Baku” otelində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirilib.

1news.az xəbər verir ki, tədbirdə rəsmi şəxslər, millət vəkilləri, tanınmış mədəniyyət və ictimaiyyət nümayəndələri, Fondun donorları, eləcə də layihə çərçivəsində hazırlanan əsərlərin müəllifləri və media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində qonaqlar layihə çərçivəsində yaradılan sənət əsərlərindən ibarət xüsusi sərgi ilə tanış olublar.

Daha sonra Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Qarabağın Rəngləri” layihəsi ilə bağlı məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsində başlıca məqsəd ölkə ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ətrafında birləşərək, bərpa və quruculuq işlərinə töhfə verə bilməsi və ən əsası bu torpağın gözəlliyinin və Azərbaycan xalqının mədəni irsinin təbliğ olunmasıdır.

Qeyd olunub ki, yaradılan əsərlər yaxın zamanda yeni sahiblərinin razılığı ilə Bakının məşhur qalereyalarının birində açıq sərgi formasında nümayiş olunacaq.

Layihəyə həsr olunan qısametrajlı film nümayişindən sonra yaradılan 19 rəngkarlıq və 4 heykəltəraşlıq əsəri və onların “Xalislik” sertifikatları Fonda ianə edərək onları əldə edən yeni sahiblərinə təqdim olunub.

Qeyd edək ki, əsərlər layihənin rəsmi www.colorsofkarabakh.com internet səhifəsi vasitəsilə satılıb. Əsərlərin satışından Fonda 90.200 manat ianə edilib.

Tədbir zamanı “Azərxalça” ASC tərəfindən Qarabağ Dirçəliş Fonduna hədiyyə edilmiş “Qarabağ incisi” xalçası da iştirakçılara təqdim edilib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Qarabağın rənglərini özündə təcəssüm etdirən xalça ilə bağlı geniş məlumat verib.

Qeyd olunub ki, toxunmasına 2022-ci ilin noyabr ayında başlanan xalçaya ilk ilmələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atıb. Daha sonra 42 ölkədən olan 162 qonaq da xalçaya ilmə atmaqla bu möhtəşəm sənət əsərinin bir parçasına çevriliblər.

Sonra “Qarabağın incisi” xalçasının simvolik ipinin kəsilməsi mərasimi keçirilib, qədim adət-ənənəyə uyğun olaraq xalçanın üzərinə şirniyyat səpilib.

Qeyd edilib ki, xalça yaxın günlərdə xeyriyyə satışına çıxarılacaq və satışdan əldə olunan bütün vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Murad Hüseynov, Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev də çıxış ediblər.

Tədbir zamanı əsərlərin ərsəyə gəlməsində mentor kimi verdikləri töhfəyə görə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Akademiyanın prorektorları Səlhab Məmmədov və Fuad Salayevə xüsusi plaketlər təqdim olunub. Eyni zamanda layihəyə verdiyi təşkilati dəstəyə görə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına “Təşəkkür” sertifikatı verilib, daha sonra isə xatirə fotosu çəkilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati dəstəyi ilə həyata keçirilib.

Paylaş:
239

Son xəbərlər

Milli Məclis Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və birinci xanımı təbrik edibBu gün, 11:26“Kartdan karta” üsulu ilə işləyən daha 150 sahibkara cərimə edilibBu gün, 11:22Milli Məclisin iclası başlayıb - 16 məsələ müzakirə olunacaqBu gün, 11:12Hadisə “Trendyol’’un “Super alış-veriş günləri’’ni tanıdırBu gün, 11:10Bütün məhkəmələr Rəqəmsal Sənəd Dövriyyəsinə inteqrasiya edilibBu gün, 11:06“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıbBu gün, 10:47Paytaxtda tıxaca səbəb olan şəxs həbs edildiBu gün, 10:42Prezident Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edibBu gün, 10:20Bu gün Şağan qəsəbəsində işıq olmayacaqBu gün, 10:19İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib - FOTOBu gün, 10:05COP29 ərəfəsində aviareysi olanların NƏZƏRİNƏ: Bakı aeroportunun fəaliyyətində dəyişiklik olacaqBu gün, 09:51Qarabağ Universitetinə yeni prorektor təyin olunubBu gün, 09:50“Gənc fotoovçu yaşıl kənddə” layihəsi ilə bağlı Qubada tədbir keçirildi - FOTOBu gün, 09:47Qızılın qiyməti 2 700 dollardan aşağı enibBu gün, 09:42“Azərikard” MMC ISO 27001:2022 Sertifikatını əldə edərək elektron ticarət xidmətləri üçün təhlükəsizlik və etibarı gücləndirirBu gün, 09:36AMB 7 noyabra olan valyuya məzənnələrini açıqladıBu gün, 09:19Bu gündən “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayacaqBu gün, 09:07Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:05Bakının bir sıra yollarında tıxac var - SİYAHIBu gün, 08:58Hikmət Hacıyev: Qafqazda iqlim dəyişikliyinin təsirləri haqqında faydalı hesabata görə UNEP-ə minnətdarıq06 / 11 / 2024, 17:45
Bütün xəbərlər