Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib

15:32 - 22 / 05 / 2024
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi Zahid Abbasov dəfn edilib

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Zahid Ziyad oğlu Abbasovla Lerik rayonunun Laman kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, şəhidin nəşi Laman kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Lerik Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Paylaş:
359

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər