“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

15:49 - 23 / 05 / 2024
“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək

28, 29, 30 iyun 2024-cü il tarixlərində, “The Ritz-Carlton Baku” otelində “PAŞA Holding”in təşkilatçılığı ilə “PASHA Hackathon 4.0” keçiriləcək.

Hakatonun bu dəfəki mövzusu “PashaPay” tərəfindən həyata keçirilə biləcək yeni ideyaları təşviq etməkdir.
Belə ki, yarışçılar 3 gün ərzində PashaPay tərəfindən təqdim olunan “challenge” üzərində düşünərək, şirkət üçün yeni ideyalar təqdim etməli olacaqlar. Keçən il olduğu kimi, bu dəfə də hakatonun sonunda ilk üç yeri tutan komandaya müvafiq olaraq mükafatlar veriləcək: 1-ci yer 6000 AZN; 2-ci yer 4000 AZN; 3-cü yer 2000 AZN.

Qeyd edək ki, “PASHA Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA Hackathon” tələbələri, biznes və marketinq mütəxəssislərini, dizaynerləri və tərtibatçıları 10 may-10 iyun tarixləri arasında www.pashahackathon.az saytında qeydiyyatdan keçməyə və iştirakçı olmağa dəvət edir. “Hackathon”da iştirak etmək üçün giriş haqqı ödənilmir. Məkan, o cümlədən yemək, içki və digər xidmətlər ilə əlaqədar bütün xərclər qarşılanıb.

Xatırladaq ki, PAŞA Holding tərəfindən “PASHA Hackathon” artıq 4-cü ildir ki təşkil olunur. “Hackathon”un təşkil edilməsində məqsəd gənclər arasında innovativ düşüncə tərzini, həll yönümlülüyü təşviq etmək, eləcə də ölkədə innovativ mədəniyyətin inkişafını dəstəkləməkdir.

Paylaş:
240

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər