COP29 vahid onlayn rezervasiya platformasını təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

COP29 vahid onlayn rezervasiya platformasını təqdim edir

Qafar Ağayev16:40 - 23 / 05 / 2024
COP29 vahid onlayn rezervasiya platformasını təqdim edir

COP29-a ev sahibliyi edəcək ölkə olan Azərbaycan bu gün vahid onlayn rezervasiya platformasını təqdim edib.

1news.az xəbər verir ki, sözügedən platforma iştirakçılara noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak üçün hotel və digər yerləşmə vasitələrini rezerv etməyə imkan verəcək.

COP29 ofisində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib ki, rezervasiya platforması tədbirdə iştirak etmək istəyənlər üçün müxtəlif otaq növləri və logistika baxımından əlçatan olması kimi amillər əsas götürülməklə hazırlanıb.

Rezervasiya platforması bu gün 23 may 2024-cü il saat 17:00-dan etibarən bronlar üçün https://cop29-accommodation.bnetwork.com ünvanında aktiv olacaq.

“Biz dünya ölkələrini Bakıda qarşılamağa hazırlaşırıq. Bundan öncə COP tədbirlərinə ev sahibliyi etmiş ölkələrin qonaqlar üçün yerləşmə yerlərinin təmin olunması məsələsinə yanaşması tərəfimizdən öyrənilib və bu metodların bəzi elementləri tədbirin ev sahibi olaraq planlarımıza inteqrasiya edilib”, - deyə Azadə Hüseynova bildirib. “Müxtəlif ölkələrdən iştirakçıların yerləşmə vasitələrini rahat və sürətli bron edə bilməsi üzrə işləri yekunlaşdırmışıq”.

Dövlət Turizm Agentliyi bütün tədbir iştirakçılarının yüksək səviyyədə qarşılanmasını təmin etmək üçün şəhər və regiondakı hotellər, onlayn yerləşmə platformaları və digər yerləşmə vasitələri ilə sıx əməkdaşlıq edir.

Hazırda sistemdə mövcud olan yerləşmə vasitələri prosesin birinci mərhələsini əhatə edir. Növbəti mərhələlərdə alternativ hotellər və yerləşmə yerləri təqdim ediləcək.

Platformaya daxil olan hotellər keyfiyyət, yerləşmə və tədbir üçün təşkil olunacaq nəqliyyat xidmətləri əsasında seçilib. Agentlik tərəfindən 300-dən artıq yerləşmə müəssisəsi audit edilib və onlardan təxminən 200-ü təsnif edilərək ulduz dərəcəsi əldə edib. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və onlarda təkrar audit həyata keçiriləcəkdir.

Azadə Hüseynova, həmçinin COP29-dan əvvəl Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən keyfiyyətli qonaqlama xidmətlərinin təşkili üzrə təlim proqramının təfərrüatlarını bölüşüb. O qeyd edib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 300-ə yaxın yerləşmə vasitəsinin 2000-ə yaxın personalına xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimlərinin keçirilməsi üzərində işlər aparılır.

Bundan əlavə, Agentlik tərəfindən 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və sertifikatlaşdırılması, eləcə də tədbir müddətində hotellərə dəstək olmaq üçün 1000-ə yaxın turizm könüllüsünə təlimlər keçirilərək müvafiq hotellərə təhkim olunması nəzərdə tutulur.

Paylaş:
221

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər