BŞİH əhaliyə müraciət etdi
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə şənbə günü, may ayının 25-də paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.
1news.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməclikdə fəal iştirak etməyə çağırır.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.
193