MEDİA onlayn media üçün “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edir | 1news.az | Xəbərlər
Cəmiyyət

MEDİA onlayn media üçün “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edir

Qafar Ağayev14:30 - 24 / 05 / 2024
MEDİA onlayn media üçün “Yaşıl dünya naminə media həmrəyliyi” mövzusunda müsabiqə elan edir

Bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, o cümlədən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə təşkil edilməsi ilə əlaqədar müvafiq istiqamətlərlə bağlı məlumatların həm ölkədaxili, həm də ölkəxarici auditoriyaya düzgün və effektiv ötürülməsində, ictimai və sosial maarifləndirmə, eləcə də təbliğat və təşviqat məsələlərində medianın peşəkar fəaliyyəti əhəmiyyətli rola malikdir.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yerli onlayn media subyektlərinin fəaliyyətində dayanıqlı təcrübələrin tətbiqinin təşviqi, veb-sayt və sosial media səhifələri üzərindən aparılan kampaniyaların, müvafiq istiqamətdə həyata keçirilən maarifləndirmə və təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi, həmçinin medianın göstərilən istiqamətlərdə aktivliyinin artırılması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə müəyyən edilmiş istiqamətlər üzrə yüksək nəticə göstərən onlayn media subyektləri Azərbaycan Milli Mətbuatının 149-cu ildönümü ərəfəsində “Green certificate” ilə təltif olunacaqlar.

Müsabiqədə iştirak etmək üçün onlayn media subyektləri tərəfindən müvafiq məlumatların əks olunduğu müraciət forması doldurularaq [email protected] elektron poçt ünvanı vasitəsilə Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqəyə müraciət qəbulu 10 iyul 2024-cü il saat 18:00-dək davam edəcəkdir.

Paylaş:
281

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər