Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirilib - FOTO - VİDEO

Qafar Ağayev10:51 - 24 / 05 / 2024
Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirilib - FOTO - VİDEO

2024-cü ilin hazırlıq planına əsasən, Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib.

1news.az xəbər verir ki, ölkəmizdə səfərdə olan Gürcüstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti döyüş hazırlığı məşqlərini izləyib.
Əvvəlcə hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tədris dövrü ərzində, xüsusilə azad edilmiş ərazilərdə, hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin təşkilinə dair tələb və göstərişləri çatdırılıb.

Döyüş hazırlığı məşqlərinə cəlb edilən hərbi polis bölmələri nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, hərbi obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi barədə təlimatlandırılıb.

Sonra həyəcan siqnalı ilə qaldırılan şəxsi heyət kolonla təyin edilmiş məntəqələrə doğru hərəkət edib.

Təlimin planına əsasən, terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşların azad edilməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

Təlim zamanı əsas diqqət döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, əsir və girovların azad edilməsi, həmçinin hərbi əsirlərlə davranış zamanı fəaliyyətlərin Cenevrə Konvensiyalarının tələblərinə uyğun təkmilləşdirilməsinə yönəldilib.

Sonda döyüş hazırlığı məşqlərində fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Paylaş:
217

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər