Bu gün paytaxtın 549 küçəsi yuyulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün paytaxtın 549 küçəsi yuyulub

17:40 - 25 / 05 / 2024
Bu gün paytaxtın 549 küçəsi yuyulub

Bu gün paytaxtın 549 küçəsi yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən xəbərə görə, mayın 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, çox sayda rəngbərəng güllər əkilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər