İyunun 3-də 4 planeti adi gözlə görmək mümkün olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

İyunun 3-də 4 planeti adi gözlə görmək mümkün olacaq

14:04 - 27 / 05 / 2024
İyunun 3-də 4 planeti adi gözlə görmək mümkün olacaq

İyunun 3-də “planetlərin paradı” müşahidə olunacaq. Səmada 7 planet - Venera, Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun Günəşdən bir tərəfdə (qərbdə) təxminən 90-lik bucaq sektorunda yerləşəcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından 1news.az-a verilən məlumata görə, bunlardan 4-ü - Venera, Yupiter, Merkuri və Uran 20-30-lik sektorda olacaq. Yəni iyunun 3-də yalnız 4 planeti adi gözlə görmək mümkün olacaq. Saat 02:00-dan başlayaraq Saturn, 03:00-dan Mars, 04:50-dən Günəş doğana qədər şərq tərəfdə üfüqə yaxın Yupiter və Merkuri görünəcək. Uranı adi gözlə çox çətinliklə, Merkuridən 20 dəqiqə əvvəl - saat 04:20-dən sonra görmək olar. Urandan təxminən 6 dəfə zəif olan Neptunu isə yalnız teleskop vasitəsilə görmək mümkündür. Venera həmin gün Günəşlə eyni zamanda doğduğuna görə müşahidəsi mümkün olmayacaq. Buna oxşar 6 planetin paradı avqust ayının axırları və sentyabrın əvvəllərində də baş verəcək.

Astronomik hadisə olan “planetlərin paradı” bir neçə planetin bir-birinə kifayət qədər yaxın olduğu və Günəşə nisbətən bir tərəfdə şərti cərgədə düzülüşünə deyilir. “Planetlərin paradı” anlayışı elmi məna daşımır və bu zaman heç bir fiziki hadisə baş vermir.

Planetlərin sayından asılı olaraq paradlar aşağıdakı növlərə bölünür:

- mini parad: 3 planet iştirak edir;
- kiçik parad: 4 planet iştirak edir;
- böyük parad: 5 və ya 6 planet iştirak edir;
- tam parad: bütün planetlər iştirak edirlər. Bu, olduqca nadir haldır. Belə bir hadisə hər 170 ildə bir dəfə müşahidə edilə bilər.

1982-ci il martın 10-da nadir “planetlər paradı” baş vermişdi - bütün 8 planet (Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptun və o zamanlar planet hesab edilən Pluton) Günəşdən bir tərəfə 95-lik sektorda olmuşdular.

Paylaş:
190

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər