Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub - FOTO

14:18 - 27 / 05 / 2024
Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub - FOTO

Tədbirdə Rəqabət Məcəlləsinin tətbiqinin praktiki əsaslarına dair məlumat verilib, Məcəllənin ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və sahibkarlığın inkişafına mümkün töhfələrindən bəhs edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.

“Bakı KOB evi”ndə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və 80-ə yaxın biznes subyekti iştirak edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin bu ilin 1 iyul tarixindən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsi barədə sahibkarların məlumatlandırılması və suallarının cavablandırılması məqsədilə təşkil edildiyini qeyd edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan Rəqabət Məcəlləsi, biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verib. Qeyd edilib ki, yeni iqtisadi və sosial çağırışlara cavab vermək, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafı təmin etmək, müasir tənzimləmə metodlarını tətbiq etmək zərurətindən irəli gələrək hazırlanmış Rəqabət Məcəlləsində sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin təmin edilməsi, kartel tipli əlaqələrin qarşısının alınması, təbii inhisar subyektlərinin fəaliyyətinə səmərəli nəzarətin təşkil edilməsi, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı məsələlərə dair tənzimləmə alətləri təkmilləşdirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rəqabət Məcəlləsinin qəbul edilməsini ölkəmizin iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əldə edilmiş uğurlardan biri kimi qiymətləndirib. Bildirilib ki, iqtisadiyyatın inkişafında özəl sektorun artan rolunu nəzərə alaraq Məcəllə azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qorunmasına və inkişafına öz töhfəsini verəcəkidr. Qarşıdakı dövrdə ölkə üzrə fəaliyyət göstərən KOB dostu şəbəkəsi vasitəsilə Məcəllənin KOB subyektlərinə verə biləcəyi faydalara həsr edilmiş maarifləndirmə görüşləri keçiriləcəkdir.

Tədbir çərçivəsində Rəqabət Məcəlləsinin tətbiqinin praktiki əsasları izah edilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
200

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər