Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir “Tegeta Motors Baku” şirkətinin dəstəyi ilə Azərbaycanda keçirildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir “Tegeta Motors Baku” şirkətinin dəstəyi ilə Azərbaycanda keçirildi - FOTO

11:20 - 28 / 05 / 2024
Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir “Tegeta Motors Baku” şirkətinin dəstəyi ilə Azərbaycanda keçirildi - FOTO

Gürcüstan səfirliyi tərəfindən təşkil edilən və "Tegeta Motors Baku"nun dəstəyi ilə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbul Azərbaycan Respublikasında təşkil olundu.

Genişmiqyaslı tədbir Heydər Əliyev Mərkəzində keçirildi. Milli bayrama həsr olunmuş gecəni Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Zurab Pataradze açıq elan etdi. Tədbirdə Azərbaycanın qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, biznes sektorunun nümayəndələri və gürcü diasporasının təmsilçiləri iştirak etdilər.

Qəbulda qonaqlar "Tegeta"nın fəaliyyəti haqqında məlumat almaq imkanını əldə etdilər. Həmçinin, şirkətin 30 illik fəaliyyəti haqqında qısametrajlı məlumatlandırıcı videoçarx nümayiş etdirildi.

"Tegeta Motors Baku"nun direktoru Aleksandr Laperişvili tədbirdə çıxış edərək aşağıdakıları bildirdi: "İlk növbədə, mən Azərbaycandakı gürcü diasporasını və bütün Gürcüstanı milli bayramımız münasibətilə təbrik etmək istəyirəm. Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbirdə iştirak etmək bizim üçün böyük şərəfdir. Ölkəmizdə avtomobil sənayesinin inkişafı məhz müstəqilliyin bərpası dövründən başlayır. Son üç onillikdə "Tegeta" təkcə ölkədə deyil, həm də regionlarda sahənin inkişafına əhəmiyyətli töhfə verməyə müvəffəq olmuşdur.

"Tegeta" artıq uzun illərdir ki, Azərbaycanla sıx işgüzar əlaqələri qoruyub saxlayır. Bakıdakı ilk nümayəndəliyimizi 2016-cı ildə açmışıq. Bu gün biz çoxfunksiyalı xidmət mərkəzi ilə birgə Azərbaycanda Britaniya brendi olan JCB-nin eksklüziv nümayəndəsiyik. "Tegeta" ölkədə müxtəlif yerli infrastruktur layihələrində fəal iştirak edir. İnanırıq ki, dostluğumuz və əməkdaşlığımız gələcəkdə daha da uğurla davam edəcək".

Heydər Əliyev Mərkəzində keçirilən Təntənəli qəbul çərçivəsində gürcü milli mahnı və rəqs konserti təşkil olundu. Qonaqlar Gürcüstanın Milli Baleti sayılan "Suxişvili"nin akademik truppasının və "Rustavi" xalq mahnı və rəqs ansamblının ifasında konsert nömrələrini izləmək imkanını da əldə etdilər. Həmçinin, tədbirdə Azərbaycanın əməkdar artisti, gürcü müğənnisi Manana Caparidze də iştirak etdi. Milli bayramla əlaqədar keçirilən qəbulda qonaqlar üçün gürcü şərablarının dadına baxmaq və milli mətbəx üzrə master-klasslar təşkil olundu.

Paylaş:
174

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər