Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

15:46 - 29 / 05 / 2024
Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalıya səfəri Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

1news.az xəbər verir ki, Anadolu agentliyi, “TRT” televiziyası, “Milliyet”, “Sözcü”, “Star”, “Yeni Şafak” qəzetləri, “Haberler.com” və digər onlayn media qurumları dövlətimizin başçısının səfərinə diqqət ayırıblar.

“Əliyev Xocalıya səfər etdi!”, “Azərbaycan bir daha belə acı yaşamayacaq”, “Ermənilərin soyqırımı törətdiyi Xocalıya azərbaycanlı ailələrin köçürülməsinə başlanıldı”, “Azərbaycan Prezidenti Xocalıda Ermənistana səsləndi”, “Əliyev xəbərdarlıq etdi: Ərazi iddiaları ilə bağlı yeni cəhdləri izləyirik”, “İşğaldan azad edilən Xocalıda yeni dövr: Azərbaycan ailələri qayıdırlar” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin Müstəqillik Gününü işğaldan azad edilən ərazilərdə, bu bölgələrə qayıdan keçmiş məcburi köçkünlərlə birlikdə qeyd etdiyi vurğulanır.

Xəbərlərdə Azərbaycanın işğaldan azad edilən ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları üçün həyata keçirilən Böyük Qayıdış proqramı haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri, icra olunacaq yeni layihələr, o cümlədən əsaslı təmir edilən yaşayış kompleksi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım Xocalıya ilk qayıdan 20 ailəyə mənzillərin açarlarını təqdim ediblər. Yazılarda dövlətimizin başçısının Xocalıda həyata keçirilən işlər, o cümlədən yeni yaşayış binalarının inşası, fevralın 26-da Xocalıda xocalılılarla birlikdə təməli qoyulan Xocalı Memorial Kompleksinin yaradılması barədə fikirləri diqqətə çatdırılıb.

Məqalələrdə Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlərə istinad edilərək hər şeyin öz vaxtının olduğu, bizim doğma torpaqlarımıza qayıtmağımız, həm Vətən müharibəsi, həm də antiterror əməliyyatının xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etməsi barədə fikirlərinə xüsusi yer verilib. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikirləri xüsusi vurğulanıb: “Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.

Yazılarda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində bir çox ərazilər kimi, Xocalı da işğaldan azad edilərək əzəli sahiblərinə qaytarılıb.

Paylaş:
223

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər