DİN: Qəbələdə ictimai qayda pozuntusuna yol verən şəxslər barəsində tədbir görüləcək
Qəbələdə ictimai yerdə nalayiq hərəkətlərə yol verən şəxslər Polis Şöbəsinə dəvət olunublar.
Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, ictimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək.
Qeyd edək ki, sosial şəbəkədə bloger Fatimə Mövlamlı və Nicat İsmayılın Qəbələdə polis tərəfindən saxlanılması barədə məlumat yayılıb.
208