Bakıda tıxacların aradan qaldırılması məqsədilə növbəti layihənin icrasına başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tıxacların aradan qaldırılması məqsədilə növbəti layihənin icrasına başlanılıb

16:51 - 29 / 05 / 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə növbəti layihənin icrasına başlanılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının küçə və prospektlərində hərəkətin yenidən təşkili - yol hərəkətinin təkmilləşdirilməsi, sıxlıq və tıxac hallarının aradan qaldırılması məqsədilə nəzərdə tutulan 7 layihədən ikincisinin icrasına başlayıb.

1news.az bu barədə AYNA-ya istinadən xəbər verir.

Budəfəki dəyişiklik Xəlil Rza Ulutürk küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsini əhatə edir. Hazırda Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Nəqliyyat Mübadilə Mərkəzindən şəhərin bir çox istiqamətinə sərnişinlərin daşınması həyata keçirilir. Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobusları Heydər Əliyev prospektindən istifadə edib, “Atletlər kəndi” boyunca dövrə vuraraq Ziya Bünyadov prospektinə istiqamətlənirlər. Mövcud şəraitdə bu istiqamətdə hərəkət edən 31 xətt üzrə 300-dən çox marşrut avtobusu Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi 1800 metrdən çox məsafə qət edir. AYNA tərəfindən ərazidə yol infrastrukturu və nəqliyyat axını təhlil edilib. Təklif layihəsi hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb. Yeni layihədə Nəqliyyat Mübadilə Mərkəzindən hərəkət edən müntəzəm marşrut avtobuslarının birbaşa Xəlil Rza Ulutürk küçəsindən istifadə edib Ziya Bünyadov prospekti ilə kəsişmədə yerləşən yolötürücünün üstündən geriyə dönərək, Aeroport şosesi, Qara Qarayev və Zabrat yoluna istiqamətlənməsi nəzərdə tutulur. Nəticədə Nəqliyyat Mübadilə Mərkəzindən Aeroport şosesi, Qara Qarayev prospekti və Zabrat yoluna doğru hərəkət edən marşrut avtobuslarının dairəvi yol qovşağına kimi yürüş məsafəsi 900 m-ə kimi azalacaq.

Bununla da Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Xəlil Rza Ulutürk küçəsində yerləşən dairəvi yol qovşağına kimi məsafədə marşrut avtobuslarının izafi yürüş məsafəsi 2,0 (48%) dəfə qısalacaq, 1 gedişə sərf olunan vaxt 7-8 dəqiqədən 3 dəqiqəyə kimi düşəcək. Bununla yanaşı, yürüşdən istifadə əmsalı 46 % artmaqla, hərəkət tərkibinin texniki sürəti də 1,4 dəfə artacaq. Müvafiq olaraq, sözügedən istiqamət üzrə 31 xətt üzrə 300-dən çox marşrutun fəaliyyətdə olduğunu nəzərə alaraq, əlavə yanacaq sərfiyyatı və karbon emissiyası böyük miqyasda azalacaq.

Həmçinin Heydər Əliyev prospektinin kənar yolundakı hərəkət sxemi layihə üzrə dəyişdirildikdə prospektin sözügedən hissəsində yaranan sıxlıq halları da azalacaq.

Həyata keçiriləcək dəyişikliklər müntəzəm marşrut avtobuslarının hərəkət trayektoriyasının və səyahət müddətinin qısalmasına, sərnişindaşıma xidmətlərinin səmərəliliyi və keyfiyyətinin artırılmasına, atmosferə atılan karbon qazının səviyyəsi ilə yanaşı, yanacaq sərfiyyatının azalmasına şərait yaradacaq.

Paylaş:
233

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər