Buzovnada ölümlə nəticələnən qəza olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovnada ölümlə nəticələnən qəza olub

09:29 - 29 / 05 / 2024
Buzovnada ölümlə nəticələnən qəza olub

Bakının Xəzər rayonun Buzovna qəsəbəsində ölümlə nəticələnən avtoqəza olub.

1news.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi "Mercedes" markalı avtomobillə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadət İbadət qızını vurub.

Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər