Mərakeşdə 28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilmişdir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərakeşdə 28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilmişdir - FOTO

21:41 - 29 / 05 / 2024
Mərakeşdə 28 may – Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilmişdir - FOTO

2024-cü il mayın 28-də Rabat şəhərində Azərbaycan Respublikasının Mərakeşdəki Səfirliyinin təşkilatçılığı ilə 28 may- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil edilmişdir.

Tədbirdə Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, media, qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycan diaspor nümayəndələri iştirak etmişlər.

Səfir Nazim Səmədov tədbiri giriş sözü ilə açaraq, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə, Sərqdə ilk dünyəvi, parlamentli respublikanın təsis edilməsi, çoxpartiyalı sistem, plüralist parlament və azad medianın fəaliyyət göstərməsi, Şərq aləmində ilk olaraq qadınlara səsvermə hüquqlarının verildiyi mütərəqqi dövlətin əsasının qoyulduğunu qeyd etmişdir. Azərbaycanla Mərakeş arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə toxunan səfir 2024-cü ildə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 1994-cü ildə Kasablankaya səfərinin 30-cü ildönümünün qeyd edildiyini əlavə etmiş və bu səfərin ölkələr arasında əlaqələrin təməlini qoyduğunu vurğulamışdır. Bununla yanaşı, çıxışda cari ilin fevralında Azərbaycanda keçirilmiş növbədənkənar Prezident seçkilərinin müstəqillik tariximizdə ilk dəfə olaraq, bütün ölkə ərazisində təşkil edildiyi və seçkilər nəticəsində cənab İlham Əliyevin inamla qələbə qazandığı qeyd olunmuşdur. Bununla yanaşı, 2024-cü ildə ölkəmizdə təşkil ediləcək COP29 kimi mötəbər beynəlxalq tədbirə dair məlumat verilmiş, habelə Şuşa şəhərinin bu il İslam dünyasının Mədəniyyət paytaxtı elan edildiyi vurğulanmışdır.

Tədbirdə çıxış etmiş Mərakeş Krallığının Sənaye və Ticarət naziri Ryad Mezzur eyni dəyər və ənənələri bölüşən Azərbaycanla Mərakeş arasındakı münasibətlərin dərin fundamentə söykəndiyini bildirmiş və əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin ali rəhbərləri arasında mövcud dostluq münasibətlərinin mühüm rol oynadığını vurğulamışdır. Ötən ilin noyabrında Rabatda keçirilmiş Azərbaycan-Mərakeş Birgə Hökumətlərarası Komissiyanın 2-ci toplantısı və ilk Biznes Forumun ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyi xüsusi qeyd olunmuşdur. Bununla yanaşı, bir neçə gün öncə iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış ümumvətəndaş pasportlarına münasibətdə viza tələbinin aradan qaldırılmasına dair sazişin xüsusilə turizmin inkişafında əhəmiyyətli olacağına diqqət çəkilmişdir. Nazir həmçinin, iqtisadi, sosial və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirmiş və hər iki ölkənin əlverişli coğrafi mövqeyini nəzərə alaraq, investisiyaların təşviqi və biznes əlaqələrinin gücləndirlməsinə dair çağırış etmişdir.

Ziyafət mərasimi çərçivəsində həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ötən ilin oktyabrında ölkəmizə səfər etmiş Mərakeşli məşhur fotoqraf Mohammed Tazinin Azərbaycanın zəngin təbiəti, mədəniyyəti və tarixini əks etdirən fotosərgisinin təqdimatı da baş tutmuşdur. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mərakeşdə səfərdə olan Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın əməkdar artisti Sahib Paşazadə və gənc pianoçu, beynəlxalq mükafatlar laureatı Firuzə Bəylərovanın ifasında məşhur Azərbaycan, eləcə də dünya bəstəkarlarının əsərləri səsləndirilmişdir. Həmçinin, ölkəmizin turizm potensialı ilə bağlı video-çarxlar nümayiş etdirilmiş, Azərbaycan guşəsində milli mətbəximizin nümunələri qonaqlara təqdim edilmişdir.

Paylaş:
220

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər