Bulvarda 43 kanalizasiya quyusunun dəmir barmaqlığı oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bulvarda 43 kanalizasiya quyusunun dəmir barmaqlığı oğurlanıb

11:53 - 29 / 05 / 2024
Bulvarda 43 kanalizasiya quyusunun dəmir barmaqlığı oğurlanıb

Paytaxtın Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.

Araşdırmalar aparılır.

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər