Silk Way West Airlines Onno Pietersmanı əməliyyatlar üzrə baş director vəzifəsinə təyin etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Silk Way West Airlines Onno Pietersmanı əməliyyatlar üzrə baş director vəzifəsinə təyin etdi

17:19 - 30 / 05 / 2024
Silk Way West Airlines Onno Pietersmanı əməliyyatlar üzrə baş director vəzifəsinə təyin etdi

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines Onno Pietersmanın əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin olunmasını elan edir.

Aviasiya sənayesində 25 ildən artıq təcrübəsi olan cənab Pietersma aviaşirkətin əməliyyat səmərəliliyi, texnoloji təkmilləşdirmə və müştəri xidmətləri sahələrini yeni zirvələrə yüksəltmək niyyətindədir.

Cənab Pietersma yeni vəzifəsində Silk Way West Airlines-ın genişlənən fəaliyyət sabitliyi və etibarlılığının möhkəmlənməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyəcək. Bu amillər aviaşirkətin yüklərin vaxtında çatdırılma göstəricilərini əhəmiyyətli dərəcədə artıracaq.

Сənab Pietersma şərh etdi: "Şəbəkə sabitliyinin gücləndirilməsi xidmətlərimizi təkmilləşdirmək üçün vacibdir. Şəbəkə planlamasını və əməliyyatların səmərəliliyini artırmaqla biz yüklərin vaxtında çatdırılmasını təmin edib, müştərilərimizi məmnun etməyi hədəfləyirik."

Silk Way West Airlines şirkətinin prezidenti Volfqanq Mayer cənab Pietersmaya dəstəyini ifadə etdi. “Onnonun təsirli karyerası, həmçinin komanda işinə və prosesin təkmilləşdirilməsinə sadiqliyi davamlı olaraq əməliyyat standartlarına təkan verir. Onun strateji baxışı əməliyyat performansını və müştəri məmnuniyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək.”

Silk Way West Airlines əmindir ki, cənab Pietersmanın rəhbərliyi altında o, ən yüksək sənaye standartlarını müəyyən etmək öhdəliyini gücləndirməklə öz inkişafında yeni nailiyyətlər əldə edəcək.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir.

Davamlılıq və səmərəlilik öhdəliyinə sadiq qalaraq, Silk Way West Airlines 2030-cu ilə qədər donanmasını dörd Boeing 777F, iki Boeing 777-8F və iki Airbus A350F daxil olmaqla müasir yük təyyarələri ilə yeniləməyi planlaşdırır və onların vasitəsilə qlobal logistika ehtiyaclarını uğurla qarşılayacaq.

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

Reklam hüququnda

Paylaş:
230

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər