“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün tədbir təşkil ediblər - FOTO - VİDEO
“McDonald’s Azərbaycan” şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Yüzdən artıq şəhid övladının iştirak etdiyi tədbirdə uşaqlar üçün “McDonald's” restoranında nahar və “Kinderland” uşaq əyləncə mərkəzində maraqlı proqram təşkil edilib.
Tədbirin sonunda uşaqlara inkişafetdirici və intellektual stolüstü oyunlar hədiyyə olunub.
Qeyd edək ki, bu layihə "McDonald's Azərbaycan" və Dövlət Sosial Müdafiə Fondu arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində həyata keçirilir.
Sənədə əsasən, əhalinin sosial cəhətdən həssas kateqoriyalarına, o cümlədən Vətən müharibəsi zamanı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş şəhidlərin və müharibə veteranlarının övladlarına dəstək məqsədilə bir sıra sosial təşəbbüslər həyata keçiriləcək.