Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfranı keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfranı keçirildi

17:16 - 30 / 05 / 2024
Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfranı keçirildi

30 may tarixində “Hilton Baku” otelində enerji sahəsinin nüfuzlu tədbiri olan Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov, “Iteca Caspian” şirkətinin İctimaiyyətlə əlaqələr və Tədbirlər departamentinin rəhbəri Nuru Səfərəliyev, Bakı Enerji Forumunun layihə rəhbəri Aynurə Nəzərli, “Caspian Oil and Gas” və “Caspian Power” sərgilərinin layihə rəhbəri Nailə Əliyeva iştirak edib.

Tədbirə kütləvi informasiya vasitələrinin nümayəndələri və tədbirin təşkilat komitəsinin üzvləri qatılıb.

Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində təşkil ediləcək.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belarus, Belçika, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, Əlcəzair, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İraq, İsrail, İsveç, İtaliya, Latviya, Qazaxıstan, Qətər, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Sloveniya, Türkiyə, Ukrayna və Yaponiya iştirak edir. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Bu ilki sərginin tərkibi iştirakçıların ümumi sayının 15%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır. Sərgi sahəsinin 40%-i isə tanınmış şirkətlərə, sərgilərin daimi iştirakçılarına məxsusdur.

4, 5 və 6 iyun tarixlərində Koroğlu metro stansiyasından Bakı Ekspo Mərkəzi və əks istiqamətdə avtobuslar fəaliyyət göstərəcəkdir. Bu xidmətin rəsmi sponsoru “AZFEN” və “TEKFEN” şirkətləridir. Avtobusların cədvəli haqqında ətraflı məlumatı sərgilərin saytından əldə etmək mümkündur.

Tədbir çox sayda sponsorlar cəlb edir. Baş tərəfdaşı SOCAR olan Bakı Enerji Həftəsin builki sponsorları “ABB”, “ACWA POWER”, “ADNOC”, “AIQ”, “Ansaldo Energia”, “AZFEN”, “Baku Steel Company”, “bp”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Deloitte & Touch”, “GAP İnşaat”, “GL”, “INPEX”, “John Wood Group PLC” ("Wood"), “KOLIN İnşaat”, “Masdar”, “MOL Group”, “Nobel Energy”, “Photomate”, “Saudi Aramco”, “SEE BREEZE”, “SLB”, “TEKFEN”, “TotalEnergies”, “Turkiye Petrolleri”, “Uniper” və “Ural Steel” şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” şirkəti çıxış edir.

Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Bakı Enerji Həftəsi ötən il olduğu kimi 2024-cü ildə də Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

Bakı Enerji Həftəsi haqqında ətraflı məlumatları www. bew.az saytından, eləcə də sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Paylaş:
47

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər