Baş prokuror Ağsuda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də, saat 10:00-da Ağsu rayon prokurorluğunun inzibati binasında Ağsu, Şamaxı və Qobustan rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağsu rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
"Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər", - məlumatda qeyd olunub.