Suraxanıda mənzildə meyit tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda mənzildə meyit tapılıb

14:53 - 01 / 06 / 2024
Suraxanıda mənzildə meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
309

Son xəbərlər

Bütün xəbərlər