Cəlilabad sakini suda boğulub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabad sakini suda boğulub - YENİLƏNİB

17:10 - 01 / 06 / 2024
Cəlilabad sakini suda boğulub - YENİLƏNİB

Cəlilabadda suda boğulanın kimliyi məlum olub.

1news.az-ın "Report"a istinadən məlumatına görə, həmin şəxs Cəlilabad rayonunun Sabirabad kənd sakini, 2007-ci il təvəllüdlü Mirhəsən Aftandil oğlu Şükürovdur. 17 yaşlı yeniyetmə kənddə yerləşən su bəndində boğulub.

Qeyd edək ki, yeniyetmə nənəsi ilə qaldığından hadisə qeydə alınan kəndin məktəbində 11-ci sinifdə təhsil alırdı.

Faktla bağlı araşdırma aparılır.

15:37

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində yerləşən su bəndində qeydə alınıb.

Mərhumun meyiti sudan çıxarılıb.

Hadisənin təfərrüatları və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər