Şəkidə üç yaşlı uşağı it dişləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə üç yaşlı uşağı it dişləyib

18:04 - 01 / 06 / 2024
Şəkidə üç yaşlı uşağı it dişləyib

Şəkidə üç yaşlı uşağı sahibsiz it dişləyib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Kiçik Dəhnə kəndində baş verib. 2021-ci il təvəllüdlü Elmir Elbəy oğlu Qədirlini küçədə sahibsiz it sağ ayağının baldır nahiyəsindən dişləyərək xəsarət yetirib. Valideynlərinin köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılan Elbəy Qədirliyə lazımi tibbi yardım göstərilib. Ona quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər