Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə yeni avtobuslar istifadəyə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə yeni avtobuslar istifadəyə verilib

Qafar Ağayev13:09 - 03 / 06 / 2024
Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə yeni avtobuslar istifadəyə verilib

Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə müasir və komfortlu avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Marşrutların təhkim edilməsində şəffaflığın təmin olunması məqsədilə Bakı – Mingəçevir – Bakı şəhərlərarası marşrut xətti müsabiqəyə çıxarılıb. Nəticələrə uyğun olaraq, Mingəçevirə səfərlər artıq “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 08:00 və 11:00-da, Mingəçevir Avtovağzalından isə 14:00 və 17:00-da yola düşür.

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər