Bakıda qəza olub, iki əsas yolda sıxlıq yarandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qəza olub, iki əsas yolda sıxlıq yarandı

Qafar Ağayev09:05 - 03 / 06 / 2024
Bakıda qəza olub, iki əsas yolda sıxlıq yarandı

Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsi, "Dədə Qorqud" parkı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən həm Abbasqulu ağa Bakıxanov küçəsində, həm də Azadlıq prospektində sıxlıq müşahidə edilir.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər