Magistratura səviyyəsinin proqramları üzrə qabiliyyət imtahanlarının nəticələri elan olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Magistratura səviyyəsinin proqramları üzrə qabiliyyət imtahanlarının nəticələri elan olunub

Qafar Ağayev09:40 - 04 / 06 / 2024
Magistratura səviyyəsinin proqramları üzrə qabiliyyət imtahanlarının nəticələri elan olunub

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 69 və 70-ci proqramları üzrə 1 iyun 2024-cü il tarixində keçirilmiş qabiliyyət imtahanlarının yekun nəticələri elan edilib.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bakalavrlar imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

5 iyun 2024-cü il tarixində saat 11:00-dan 13:00-dək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 70-ci proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya prosesi təşkil olunacaq. 69-cu proqram üzrə qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə imtahanların keçirilməsi qaydalarına uyğun olaraq həmin gün baxılıb.

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər