Bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir - Xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir - Xəbərdarlıq

13:48 - 06 / 06 / 2024
Bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir - Xəbərdarlıq

Azərbaycanın rayonlarında iyunun 7-si günün ikinci yarısından 9-u axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş:
355

Son xəbərlər

Bütün xəbərlər