Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlandı

09:46 - 06 / 06 / 2024
Ötən gün könüllü təhvil verilən silahların sayı açıqlandı

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, iyunun 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 qumbara, 6 tüfəng, 1 patron darağı və 105 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Paylaş:
288

Son xəbərlər

Bütün xəbərlər