“Sea Breeze”də “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sea Breeze”də “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb! - FOTO

12:12 - 10 / 06 / 2024
“Sea Breeze”də “McDonald's Azərbaycan”ın yeni restoranı açılıb! - FOTO

İyunun 8-də dəniz kənarında “Sea Breeze Resort” kompleksində “McDonald's Azərbaycan”ın yeni restoranının açılışı olub.

Açılış mərasimində “Sea Breeze Resort”un sahibi Emin Ağalarov və “McDonald's Azərbaycan”ın Müşahidə Şurasının sədri Fərid Əli Zadə iştirak ediblər.

Yeni “McDonald's” restoranı hər kəsi rahat atmosferdən və ləziz təamlardan həzz almağa dəvət edir. Restoranın açıq havada vaxt keçirə və Xəzər dənizinin gözəl mənzərələrindən zövq ala biləcəyiniz geniş terrası var. Ümumilikdə restoranda təxminən 200 oturacaq yeri var.

Yeni restoranın özəlliklərindən biri də ziyarətçiləri zəriflik və rahatlıq atmosferinə qərq edəcək “Geometry” dizaynıdır. Restoran həmçinin masa arxasında əyləşərək sifarişinizi qəbul etməyə və əlavə rahatlıq yaşamağa imkan verən “Table Service” xidməti təklif edir.

Bu restoranın açılışı ilə 70-dən çox yeni iş yeri yaradılıb. Aparıcı ictimai iaşə şəbəkələrindən biri olaraq, “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2500 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildir ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

“McDonald's Azərbaycan”ın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.

Bakı ətrafında yerləşən premium dəniz kurortu və dənizkənarı kompleks olan “Sea Breeze” 2006-ci ildə Emin Ağalarov tərəfindən təsis edilib. Buranın mülayim iqlim və böyük dəniz akvatoriyası müasir infrastruktur, həmçinin şəhər sakinləri və qonaqları üçün hər cür xidmət və əyləncə ilə ahəngdar şəkildə tamamlanır. Kompleksin ümumilikdə 500 hektar ərazisində müxtəlif apart-hotellər və villalar, çimərlik kompleksləri, fitnes mərkəzləri, restoranlar, uşaq meydançaları, əyləncə parkı, sirk, məktəb və s. yerləşir.

Paylaş:
301

Son xəbərlər

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilibBu gün, 15:28Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib - XƏBƏRDARLIQBu gün, 14:57DİN: Bakıda naməlum şəxslərin müxtəlif ünvanlarda sorğu keçirməsi görüntüləri araşdırılıbBu gün, 14:28Heydər Əliyev prospektində yanğına görə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb - YENİLƏNİBBu gün, 14:04MMF2024-ün ikinci gününün spikerləri bəlli oldu!Bu gün, 14:00Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilibBu gün, 13:4340 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 13:10Ötən ay Azərbaycanda restoranlara xərclənən məbləğ açıqlanıbBu gün, 12:48Çaylardan sel keçəcək, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 12:45Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıbBu gün, 12:28İsmayıllıda 17 yaşlı oğlan itkin düşübBu gün, 12:09Son 5 ayda pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlanıbBu gün, 11:19FHN-dən taxıl biçini mövsümü ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə MÜRACİƏT - VİDEOBu gün, 10:52Azərbaycan neftinin qiyməti bahalaşıbBu gün, 10:34Ölkə ərazisində 39 dərəcəyədək isti olub - Faktiki havaBu gün, 10:14Qusarda qəbirləri dağıtmaqda şübhəli bilinən şəxs həbs olunubBu gün, 09:43Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıbBu gün, 09:37Hacıqabulda altı fermadan oğurluq edilib - Şübhəli bilinənlər saxlanılıbBu gün, 09:00Bakıda Üçüncü Piano Festivalının açılışı olub17 / 06 / 2024, 17:49Türkiyə meşə yanğınlarının monitorinqində süni intellektdən istifadə edir17 / 06 / 2024, 17:28
Bütün xəbərlər