Zərdabda iki narkokuryer saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zərdabda iki narkokuryer saxlanılıb

09:36 - 10 / 06 / 2024
Zərdabda iki narkokuryer saxlanılıb

Zərdabda iki narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkokuryerlik edən Rövşən Bayramlı və İzmir Rüstəmov saxlanılıblar.

Onlardan 2 kiloqram tiryək, heroin, metamfetamin və marixuana, eləcə də 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Araşdırmalarla adıçəkilən şəxslərin maddi gəlir qarşılığında İran vətəndaşı olan narkotacirə kuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, R.Bayramlı və İ.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər