Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Yasamalda ağacların kəsilməsi ilə bağlı açıqlama yaydı - FOTO
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumatla bağlı açıqlama yayıb.
Qurumdan 1news.az-a bildirilib ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.
Vətəndaşların Yasamal rayon İcra Hakimiyyətinə müraciəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) kəsilib və kəsilən ağacların yerində 6 ədəd yeni ağacın əkilməsi üçün işlər aparılır.
Ətrafdakı digər ağacların quru budaqlar da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcəkdir.