AZANS yeni rəqəmsal platformalarla bağlı “Aireon” şirkəti ilə müqavilə imzalayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZANS yeni rəqəmsal platformalarla bağlı “Aireon” şirkəti ilə müqavilə imzalayıb - FOTO

Qafar Ağayev14:20 - 13 / 06 / 2024
AZANS yeni rəqəmsal platformalarla bağlı “Aireon” şirkəti ilə müqavilə imzalayıb - FOTO

Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) “Aireon Safety Dashboard” və “Aireon Locate” platformalarının öz əməliyyatlarında tətbiq edilməsi haqqında “Aireon” şirkəti ilə mühüm müqavilə imzalayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Safety Dashboard” uçuş təhlükəsizliyi göstəricilərini təhlil etmək imkanı yaradacaq və bunun sayəsində aviasiya proseslərinin idarə edilməsinin daha da optimallaşdırılması mümkün olacaqdır. Kosmik avtomatlaşdırılmış radioyayım müşahidəsindən (ADS-B) istifadə edən “Aireon Locate”, öz növbəsində, bütün dünya üzrə axtarış və xilasetmə əməliyyatlarının aparılması üçün istifadə olunacaq. Qeyd olunan platforma qəza vəziyyətində olan təyyarələrlə bağlı fövqəladə hallara çevik reaksiya verilməsini tələb edən şəraitlər üçün xüsusi nəzərdə tutulub.

Bundan əlavə, AZAL, “Aireon” və “Metron Aviation” arasında aviasiya analitikasına dair rəqəmsal platformaların birgə işlənib hazırlanmasına yönəlmiş Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd AZAL-ın prezidentinin müşaviri və AZANS-ın direktoru Fərxan Quliyev, “Aireon” şirkətinin baş direktoru Don Toma və “Metron Aviation” şirkətinin prezidenti Kris Cordan tərəfindən imzalanıb.

“Aireon” peyk məlumatlarına əsaslanan aviasiya platformalarının birgə inkişafı hava hərəkətinin proqnozlaşdırılması və idarə edilməsində köklü dəyişikliklər vəd edir. Bu yeniliklər hava gəmilərinin mövqelərinin davamlı izlənilməsini və hava hərəkətinin proqnozlaşdırılmasını təmin etməklə Azərbaycanda hava daşımalarının təhlükəsizliyini və səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaqdır.

Sənədlərin imzalanması iyunun 11-dən 13-nə kimi Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti 2024 və CANSO-nun 28-ci İllik Ümumi İclası çərçivəsində baş tutub.

AZAL, “Aireon” və “Metron Aviation” arasında əməkdaşlıq risklərin minimuma endirilməsinə və əməliyyatların optimallaşdırılmasına yönəlmiş qabaqcıl məhsul və texnologiyaların yaradılması, Azərbaycanın aviasiya sahəsində ən son texnologiyaların tətbiqi ilə bağlı təşəbbüsünün dəstəklənməsi üçün yeni imkanlar təqdim edir.

“Aireon”

“NAV CANADA”, “AirNav Ireland”, ENAV, NATS və “Naviair”, eləcə də “Iridium Communications” kimi dünyanın aparıcı aeronaviqasiya xidmətləri təchizatçıları ilə əməkdaşlıq etməklə, “Aireon” aviasiya sahəsində bütün maraqlı tərəflərin istifadə edə biləcəyi, real vaxt rejimində hava hərəkətinə qlobal kosmik nəzarət sistemini təqdim edir.

“Metron Aviation”

“Metron Aviation” hava hərəkətinin idarə edilməsi sistemləri sahəsində dünya lideri hesab edilir. Yer kürəsinin beş qitəsində tərəfdaşları və müştəriləri olan şirkət aviasiya sahəsində ən mürəkkəb məsələləri həll edir.

Paylaş:
161

Son xəbərlər

Kapital Bank 2024-cü ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edibBu gün, 18:29Muxtar Babayev Macarıstanın ətraf mühit naziri ilə görüşübBu gün, 18:00Bu ilin altı ayı ərzində narkotik alverinə görə məsuliyyətə cəlb edilənlərin sayı açıqlandıBu gün, 17:40“Azad edilmiş ərazilərdə ekoturizmin təbiği üçün tanınmış influenserlər və bloggerlərlə əməkdaşlıq etmək lazımdır”Bu gün, 17:33COP29 Beynəlxalq Məşvərət Şurasının ilk iclası keçirilibBu gün, 17:28Unibank ikinci rübün maliyyə nəticələrini açıqlayıbBu gün, 17:10Azərbaycanda ötən il İİV-ə yoluxanların sayı açıqlanıbBu gün, 17:02Növbəti üç günə bölgələrdəki küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilibBu gün, 16:51Deputat: COP29-un keçirilməsinin Azərbaycana etibar edilməsi çox mühüm hadisədirBu gün, 16:31Füzulidə Birinci Qarabağ müharibəsinin şəhidi Muğan Əliyev dəfn edilib - FOTOBu gün, 16:30Dolu düşəcək, leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 16:09Bu gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın doğum günüdürBu gün, 15:482024-cü ilin 6 ayında ağır cinayət törətmiş 119 kriminal qrup zərərsizləşdirilibBu gün, 15:44Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ADY ilə bağlı qərarı məhkəmə tərəfindən ləğv edildiBu gün, 15:33Bakı Şəhər DYP İdarəsindən yollarda məhdudiyyətlə bağlı sürücülərə MÜRACİƏTBu gün, 15:22Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə rəis təyin edilibBu gün, 15:06KOBİA: Bu ilin I yarısında 32 sahibkar Almaniyada ixtisasartırma kursu keçibBu gün, 14:57Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edibBu gün, 14:45Saatlıda Birinci Qarabağ müharibəsinin daha iki şəhidi dəfn edilibBu gün, 14:33Qubada Birinci Qarabağ müharibəsinin şəhidi İdris Baxışov dəfn edilibBu gün, 14:16
Bütün xəbərlər