Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib - FOTO

15:43 - 14 / 06 / 2024
Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib - FOTO

13 iyun 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun(QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev ADA Universitetinin və Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) xarici diplomatlar üçün birgə təşkil etdiyi “Xarici Siyasət Proqramı”nda məruzəçi qismində çıxış edib.

QDF-dən 1news.az-a verilən məlumata görə, artıq üçüncü ildir ki, sözügedən Proqramda iştirak edən Rəhman Hacıyev Ermənistan-Azərbaycan münaqişəsi, işğaldan azad edilən ərazilərdə erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə dəyən zərər, eləcə də Qarabağın yenidən qurulması və bərpası istiqamətində aparılan işlərlə bağlı geniş məlumat verib.

İdarə Heyətinin sədri zərərin aradan qaldırılmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında həmrəyliyin rolunu xüsusi vurğulayıb.

Sonda Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də ətraflı məlumat verib.

Məlumat üçün bildirək ki, qitələr arasında diplomatik körpü rolunu oynayan proqram Amerika, Afrika, Avropa və Asiyadan 14 ölkəni təmsil edən 21 diplomatı bir araya gətirib. Həmin ölkələr sırasında Qayana, Burkina Faso, Ekvador, Syerra-Leone, habelə Belarus, Moldova, Slovakiya, Tacikistan, Özbəkistan və digər ölkələri qeyd etmək mümkündür.

Proqram müxtəlif ölkələrdən diplomatları bir araya gətirərək, fikir mübadiləsi aparmaq, təcrübə ilə bölüşmək və geosiyasi dinamika haqqında maraqlı müzakirələr üçün unikal imkan təqdim edir.

ADA Universitetinin professor-müəllim heyəti, İnkişaf və Diplomatiya İnstitutunun əməkdaşları, eləcə də Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər dövlət qurumlarından dəvət edilən qonaqlar xarici diplomatlar qarşısında beynəlxalq siyasət, səmərəli diplomatik fəaliyyət, peşəkar bacarıq və qabiliyyətlərin inkişafı, Azərbaycanın xarici siyasət prioritetləri və uğurları, enerji diplomatiyası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına Azərbaycanın töhfələri kimi mövzularla yanaşı, ölkəmizin tarixi, milli mənsubiyyəti, turizm potensialı və beynəlxalq müstəvidəki rolu, rəqəmsal innovasiya və ictimai xidmət sahəsindəki uğurları mövzularında məruzələrlə çıxış ediblər.

Xatırladaq ki, bu günədək 7 dəfə təşkil olunan proqram 2018-ci ildən etibarən həyata keçirilir. Ötən illərdə 63 ölkədən 96 xarici diplomat proqramda iştirak edib.

Paylaş:
226

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər