Bakının Xocalı prospekti istiqamətində yol hərəkəti yenidən təşkil edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Xocalı prospekti istiqamətində yol hərəkəti yenidən təşkil edilir

17:22 - 15 / 06 / 2024
Bakının Xocalı prospekti istiqamətində yol hərəkəti yenidən təşkil edilir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində nəzərdə tutulan 7 layihədən 3-cüsünün icrasına başlayıb.

1news.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu dəfə Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

Hazırkı şəraitdə Xocalı prospektindən 28 May və Üzeyir Hacıbəyov küçələri ilə şəhər istiqamətinə yönəlmək istəyən nəqliyyat vasitələri Y.Səfərov küçəsi ilə kəsişmədən sağa dönərək tunelin yaxınlığındakı geriyə dönmə yerindən istifadə edirlər. Bu isə həm Y.Səfərov küçəsinin həmin aralıqda qalan hissəsində, həm də mövcud geriyə dönmə yerində nəqliyyat yükünün və sıxlıqların artmasına səbəb olur. Kəsişmədə infrastruktur olmadığından piyadalar yolu müəyyən olunmamış yerlərdən keçmək məcburiyyətində qalırlar.

AYNA yol kəsişməsində araşdırmalar aparıb, nəqliyyat axınları hesablanıb, nəqliyyat şəraiti təhlil edilib. Xocalı prospektinin Y.Səfərov küçəsi ilə kəsişməsində nəqliyyat şəraitinin təkmilləşdirilməsi, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim olunub və müvafiq qaydada razılaşdırılıb.

Sözügedən layihə əsasında Xocalı prospekti ilə Y.Səfərov küçəsinin kəsişməsində arakəsmənin ləğv edilərək nizamlanan yolayrıcının təşkil edilməsi, Xocalı prospekti ilə hərəkət edən nəqliyyat vasitələrinin kəsişmədən birbaşa sola hərəkətinə şərait yaradılması planlaşdırılır. Hesablamalara əsasən, həyata keçiriləcək dəyişikliklər nəticəsində Y.Səfərov küçəsindəki geriyə dönmə yerinin nəqliyyat yükü 950 avt/saat azalacaq, nəqliyyat vasitələrinin, həmçinin marşrut avtobuslarının izafi yürüşü 1300 m qısalacaq. Svetoforların önündə təşkil ediləcək nizamlanan eyni səviyyəli piyada keçidlərinin hesabına piyadaların əlçatanlığı və təhlükəsizliyi təmin ediləcək.

Paylaş:
267

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər