Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

18:04 - 15 / 06 / 2024
Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov və Xəyal Zülfüqarov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, onlardan psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər