Bakıda doğum evinin yaxınlığında yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda doğum evinin yaxınlığında yanğın olub

15:39 - 19 / 06 / 2024
Bakıda doğum evinin yaxınlığında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Neftçi Qurban küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində 80 kv. m sahədə taxta və məişət tulantıları yığılmış ərazidə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
181

Son xəbərlər

Bütün xəbərlər