Yalçın Rəfiyev: İqlim dəyişikliyi ilə mübarizədə gənclərin fikirləri önəmlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Yalçın Rəfiyev: İqlim dəyişikliyi ilə mübarizədə gənclərin fikirləri önəmlidir

Qafar Ağayev11:07 - 20 / 06 / 2024
Yalçın Rəfiyev: İqlim dəyişikliyi ilə mübarizədə gənclərin fikirləri önəmlidir

“İqlim dəyişikliyi ilə mübarizədə gənclərin fikirlərinin nəzərə alınması önəmlidir”.

1news.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun açılış mərasimində Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.

“COP29-un sədri olaraq biz bütün fəaliyyətlərimizə gəncləri daxil etmişik. Danışıqlar zamanı biz Qoşulmama Hərəkatının Gənclər Təşkilatı və digər təşkilatlarla əməkdaşlıq edirik. Biz gəncləri dinləməli, onların fikirlərini danışıqlarda təmsil etməyə çalışmalıyıq”.

“COP29 kimi tədbirlər vasitəsilə biz gənclərin fəal iştirakını ehtiva edən gündəliyimizi irəli apara bilərik”, - nazir müavini bildirib.

Paylaş:
278

Son xəbərlər

Bütün xəbərlər