Baqajınız itərsə və ya zədələnərsə, nə etməlisiniz? | 1news.az | Xəbərlər
Cəmiyyət

Baqajınız itərsə və ya zədələnərsə, nə etməlisiniz?

12:11 - 24 / 06 / 2024
Baqajınız itərsə və ya zədələnərsə, nə etməlisiniz?

Baqajın itirilməsi sərnişin üçün arzuolunmaz haldır. Zədələnmiş və ya sınmış baqaj isə xoşagəlməz nəticələrə səbəb ola, unudulmaz səfərin xoş təəssüratlarına təsir edə bilər.

Baqajını aviaşirkətə həvalə edən sərnişin həm özünün, həm də baqajının təhlükəsizliyindən, eləcə də əşyalarının bütövlüyündən əmin olmaq istəyir.

Aviaşirkət sərnişin qarşısında Varşava Konvensiyası və Monreal Konvensiyası, habelə daşınma qaydaları çərçivəsində məsuliyyət daşıyır.

Səyahət zamanı baqajla bağlı problemlərlə qarşılaşsanız, aviaşirkətlərin qaydalarında fərqləri nəzərə alaraq nə edəcəyinizi bilmək xüsusilə vacibdir.

Sizi AZAL-ın nümunəsi üzərindən proseduru izləməyə dəvət edirik.

AZAL-ın daşınma qaydalarına əsasən sərnişinin baqajı rəsmiləşdirildikdən sonra onun qorunması və daşınmasına görə məsuliyyəti aviaşirkət öz üzərinə götürür. Bunun təsdiqi olaraq aviaşirkət biletdə yerlərin sayı və qəbul olunan baqajın çəkisi barədə qeydlər edir və sərnişinə baqajın eyniləşdirmə birkasının talonunu verir. Biletdə qeydiyyata alınmış baqajın çəkisi haqqında qeyd olmadığı təqdirdə, qeydiyyata alınmış baqajın tam çəkisinin pulsuz daşınma normasından artıq olmadığı hesab edilir.

İtirilmiş və tapılmış baqaj (“Lost and Found”)

Baqaj itdikdə, əskik gəldikdə, zədələndikdə, habelə daşınma zamanı yubadıldıqda, eləcə də baqaj qəbzi (baqaj birkası) olmadan baqaj təhvil verildiyi hallarda nöqsan aşkar edildikdən dərhal sonra sərnişin aeroportun rejim zonasından çıxmazdan əvvəl “Lost and Found” masasına müraciət etməlidir. Baqajın daşınması zamanı nöqsanların mövcud olması haqqında akt (PIR – “Property Irregularity Report”) tərtib edilir və bu akt sərnişin və aviaşirkətin nümayəndəsi tərəfindən imzalanır.

PIR aktı baqajı axtarmaq üçün istifadə olunur, bu səbəbdən forma tələb olunan qaydada doldurulmalıdır. PIR aktında pasport məlumatları, əlaqə vasitələri, uçuşun və baqaj birkasının nömrələri, həmçinin çamadanın təsviri və içindəki əşyalar göstərilir.

Formanı doldurduqdan sonra sərnişinə dörd hərf və altı rəqəmdən ibarət ərizə sənədinin nömrəsi verilir. Misal: GYDJ2 12345.

PIR aktında qeyd edilən telefon nömrəsinə gələn bildirişlərə nəzarət edilməsi tövsiyə olunur, çünki baqaj tapıldığı halda həmin nömrəyə SMS göndəriləcəkdir.

Bilmək vacibdir

Baqaja zərər vurulduğu hallarda sərnişin aşağıda qeyd edilən müddət ərzində kompensasiya üçün yazılı iddia irəli sürmək hüququna malikdir:

- Baqaj məhv edildiyi, zədələndiyi və ya əskik gəldiyi hallarda – zərər aşkar edildikdən dərhal sonra, lakin baqajın alındığı tarixdən 7 gündən gec olmamaqla;

- Baqajın daşınması ləngidildiyi hallarda – baqaj sərnişinin sərəncamına verildiyi tarixdən 21 gün ərzində.

Baqajın zədələnməsi zamanı yalnız cızıq, batıq və nəmlənmə kimi hallar aşkarlanarsa, haldan asılı olaraq aviaşirkət “AZAL MİLES” proqramı vasitəsilə sərnişinin mövcud və ya yeni hesabına 500-ə qədər səyahət balları əlavə etməlidir.

Baqajın təkərlərinin və ya tutacaqlarının qırılması, baqajın deşilməsi, habelə baqajın istifadəyə tam və ya qismən yararsız olması kimi hallar baş verdiyi təqdirdə xidmət üzrə agent tərəfindən sərnişinə yeni baqaj təklif edilir.

Baqaj və ya yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Baqaj və ya yük daşıyıcı tərəfindən daşınmaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi, zədələnmə və ya qismən məhv olma ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.

Sərnişin baqajın itməsi ilə bağlı əlavə dəstək üçün [email protected] elektron poçt ünvanı və ya (+994 12) 497-26-00 (daxili nömrələr 78-80, 78-81 və 22-05, 30-81) nömrəsinə müraciət edə bilər.

Əksər hallarda baqaj bir neçə gün ərzində tapılır.

Paylaş:
359

Son xəbərlər

“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14
Bütün xəbərlər