Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımovla vida mərasimi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımovla vida mərasimi keçirilir

Qafar Ağayev14:53 - 27 / 06 / 2024
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımovla vida mərasimi keçirilir

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Adıgözəl Əmirsoltan oğlu Qasımovun meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Xaçmaz rayonunun Keymərəz kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Adıgözəl Əmirsoltan oğlu Qasımov 1971-ci il mayın 20-də Xaçmaz rayonunun Keymərəz kəndində anadan olub. O, 1993-cü il avqustun 15-də Laçın rayonu Hoçaz yüksəkliyi istiqamətində itkin düşüb.

A.Qasımov Xaçmaz rayonunun Keymərəz kəndində dəfn olunacaq.

Paylaş:
353

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər