Azərbaycan istehsalı olan “Olivea” zeytun yağı Londonda keçirilən nüfuzlu müsabiqədə gümüş medala layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan istehsalı olan “Olivea” zeytun yağı Londonda keçirilən nüfuzlu müsabiqədə gümüş medala layiq görülüb

10:00 - 28 / 06 / 2024
Azərbaycan istehsalı olan “Olivea” zeytun yağı Londonda keçirilən nüfuzlu müsabiqədə gümüş medala layiq görülüb

“Grand Agro” şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi “Olivea Extra Virgin Olive oil” məhsulu nüfuzlu London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsində gümüş medal qazanıb.

Bu mühüm nailiyyət Azərbaycan məhsullarının yüksək keyfiyyətindən və dünya bazarında beynəlxalq səviyyədə tanınmasından xəbər verir. Belə bir mötəbər beynəlxalq müsabiqədə qazanılan gümüş medal “Olivea Extra Virgin Olive oil” məhsulunun ən yüksək keyfiyyət standartlarına cavab verdiyini təsdiq edir. Bu uğur “Grand Agro” şirkətinin nüfuzunu yüksəltməklə yanaşı, həm də Azərbaycanın keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalçısı kimi potensialını bir daha əyani şəkildə nümayiş etdirir.

“Biz bu nailiyyətlə qürur duyur və qarşıda bizi daha çox qələbələrin gözlədiyinə əminliyimizi ifadə edirik”, - “Grand Agro” şirkətindən bildirilib.

Qeyd edək ki, London Beynəlxalq Keyfiyyətli Zeytun Yağı Müsabiqəsi zeytun yağının istehsalı, emalı və pərakəndə satışı üzrə ixtisaslaşmış şirkətləri məhsulun keyfiyyətinin təmin edilməsinin və yaxşılaşdırılmasının zəruriliyi barədə məlumatlandırmaq məqsədilə təşkil edilir. Müsabiqə zeytun yağı istehsalında təcrübə mübadiləsi və qabaqcıl təcrübələrin təşviqi üçün platforma rolunu oynayır. Xatırladaq ki, “Olivea Extra Virgin Olive oil” məhsulu 2021-ci ildə sözügedən müsabiqədə bürünc medala layiq görülüb.

Builki tədbir məhsulun gümüş medal qazanması ilə yanaşı, həm də Azərbaycanın Beynəlxalq Zeytun Şurasına (IOC) 21-ci üzv kimi qəbul edilməsi ilə əlamətdar olub. Zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən tərəfləri bir araya gətirən və dünyada yeganə hökumətlərarası təşkilat olan Beynəlxalq Zeytun Şurası BMT-nin himayəsi altında fəaliyyət göstərir. IOC-a üzvlük Azərbaycan istehsalçıları üçün yeni imkanlar açır və sənayenin gələcək inkişafına töhfə verir.

Azərbaycanda istehsal olunan və artıq Rusiya, İspaniya, Türkiyə, İsrail, BƏƏ və Gürcüstan kimi ölkələrə ixrac olunan “Olivea Extra Virgin Olive oil” məhsulu 2022-ci ildə öz sahəsində ixrac lideri olub. Beynəlxalq arenada əldə olunan bu nailiyyət Azərbaycan məhsullarına yüksək etimaddan və bu məhsulların dünya bazarında rəqabət qabiliyyətindən xəbər verir. Azərbaycanda “Olivea Extra Virgin Olive oil” məhsulunu əsas pərakəndə satış şəbəkələrində əldə etmək mümkündür.

Qeyd edək ki, “Grand Agro” şirkəti 3000 hektardan artıq bağ sahəsində zeytun yetişdirir. Şirkət Azərbaycanda uzun müddətdə baxımsız vəziyyətdə qalmış zeytun bağlarını bərpa etməyə nail olub.

“Grand Agro” şirkəti və onun məhsulları haqqında sizi maraqlandıran bütün məlumatları şirkətin Instagram səhifəsindən əldə edə bilərsiniz.

Reklam hüquunda

Paylaş:
121

Son xəbərlər

Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB29 / 06 / 2024, 11:41
Bütün xəbərlər