“Bvlgarı” Luvr muzeyində sərgilənən “Torloniya mərmərləri” sərgisinin əsas sponsorudur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bvlgarı” Luvr muzeyində sərgilənən “Torloniya mərmərləri” sərgisinin əsas sponsorudur - FOTO

09:38 - 27 / 06 / 2024
“Bvlgarı” Luvr muzeyində sərgilənən “Torloniya mərmərləri” sərgisinin əsas sponsorudur - FOTO

Bu günə qədər qorunan və “Fondazione Torlonia” tərəfindən BVLGARI brendinin dəstəyi ilə bərpa edilən böyük xüsusi qədim heykəllər kolleksiyası, dünya turunun ilk beynəlxalq mərhələsi olaraq 25 iyun, 2024-cü ildə Parisdəki Luvr muzeyində sərgiləndi.

Bu günə qədər qorunan və qədim Yunan və Roma heykəllərinin ən böyük fərdi kolleksiyası kimi tanınan “Torloniya Mərmərləri” Fondazione Torlonia tərəfindən bərpa edildikdən sonra ilk dəfə İtaliyadan kənarda, dünyanın ən məşhur və nüfuzlu muzeylərindən birində nümayiş etdirilir. Kolleksiyanın bərpası və Luvr Muzeyində sərgilənməsində başlıca rolu Bvlgari brendi tutur.

Açılış tədbiri Bvlgari tərəfindən Baş Qərargah Rəhbəri Françesko Gilioli, Xüsusi Nəzarətçi Daniela Porro və İtaliyanın Fransadakı səfiri Emanuela D'Alessandronun iştirakı ilə keçirilib. Həmçinin qurumların və beynəlxalq mətbuatın eksklüziv nümayəndələri də iştirak edib.

“Fondazione Torlonia ilə dərin bağ 2017-ci ilə, Bvlgari dünyanın ən mühüm antik sənət kolleksiyası sayılan 100-dən çox heykəlin bərpasının əsas himayədarı olduğu vaxta təsadüf edir. Bu gün biz fəxr edirik ki, qorunub saxlanmasına töhfə verdiyimiz bu bədii irs dünyanın ən böyük mədəniyyət qurumlarından biri olan Luvr muzeyinə və beləliklə də, geniş beynəlxalq auditoriyaya çatmaq üçün ilk dəfə İtaliyadan kənara çıxır. Bizə bu mədəni himayə təşəbbüslərini həyata keçirməyin nə qədər vacib olduğunu xatırladan bu əhəmiyyətli sərgi, davamlı dəyər yaratmaq üçün öhdəliyimizin bir hissəsidir. Eynilə bu ilin əvvəlində Fondazione Bvlgari-nin yaradılmasında bizi ruhlandıran öhdəlik kimi”. Bvlgari-nin baş direktoru Jan-Kristof Babin bildirib.

Təxminən 100 beynəlxalq qonağa qədim heykəltəraşlıq kolleksiyası nümayiş etdirildi. Sərgiyə özəl ekskursiyadan zövq aldıqdan sonra qonaqlar Galerie Daru-nun möhtəşəm məkanında üçulduzlu aşpaz Yannik Allenonun bu xüsusi gün üçün xüsusi olaraq hazırladığı nahardan zövq aldılar. Skripkaçı və arfaçıların canlı ifaları gecənin füsunkar ab-havasını formalaşdırdı.

Xüsusi tədbirdə NARGIS jurnalının təsisçisi və baş redaktoru, həmçinin Bvlgari brendinin dostu Ülviyyə Mahmud da iştirak etdi.

Bvlgari-nin Parisdə baş tutan təşəbbüsləri çərçivəsində, 2024-cü il iyunun 25-dən avqustun 31-dək zərgərlik evinin 140 illik yubileyini qeyd etmək üçün “Place Vendome Flagship” butikində “Eternally Reborn” sərgisi ilə də tanış olmaq mümkün olacaq.

Sərgi Luvr Muzeyi tərəfindən İtaliya Mədəniyyət Nazirliyi (Roma Arxeologiyası Təsviri İncəsənət və Landşaft üzrə Xüsusi Nəzarət İdarəsi) və Fondazione Torlonia ilə birgə, Bvlgari-nin əsas himayədarı kimi dəstəyi ilə təşkil edilmişdir. Kolleksiyanın 2024-cü il iyunun 26-dan noyabrın 11-dək muzeydə “Denon Qanadı”nda nümayiş etdirilməsi nəzərdə tutulur.

Reklam hüququnda

Paylaş:
537

Son xəbərlər

Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30
Bütün xəbərlər