Məhkumlara ödənişsiz hüquqi yardım göstərilməsi prosesinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkumlara ödənişsiz hüquqi yardım göstərilməsi prosesinə başlanılıb

Qafar Ağayev12:38 - 27 / 06 / 2024
Məhkumlara ödənişsiz hüquqi yardım göstərilməsi prosesinə başlanılıb

Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara ödənişsiz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə Penitensiar xidmətin 2, 9, 17 saylı cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş keçirilib.

1news.az xəbər verir ki, kollegiyanın vəkilləri ilə təşkil olunmuş görüş zamanı 234 məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.

Paylaş:
288

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər