Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa Çindən avtomobillərlə yük gətiriblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa Çindən avtomobillərlə yük gətiriblər

Qafar Ağayev12:42 - 27 / 06 / 2024
Azərbaycan daşıyıcıları ilk dəfə birbaşa Çindən avtomobillərlə yük gətiriblər

Azərbaycan yük avtomobilləri ilk dəfə birbaşa olaraq Çindən Azərbaycana yük gətirib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a verilən məlumata əsasən, Çinin Alaşankau şəhərindən yola düşən avtomobillər Çin – Qazaxıstan – Rusiya – Azərbaycan marşrutu üzrə hərəkət etməklə cəmi 6 günə Bakıya çatıb.

Qeyd edək ki, əvvəllər Çin və Azərbaycan arasında avtomobil nəqliyyatı ilə birbaşa daşımalar həyata keçirilmirdi. Yüklərin daşınması, əsasən, qonşu ölkələrin ərazilərində, bir ölkənin nəqliyyat vasitəsindən digər ölkənin nəqliyyat vasitəsinə yüklənmə yolu ilə həyata keçirilirdi. İlk dəfədir ki, Azərbaycan daşıyıcıları birbaşa Çindən yükləri götürərək daşıma həyata keçiriblər.

2024-cü ildə Azərbaycan və Çin arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaların reallaşdırılması üçün “İcazə” blanklarının mübadiləsi həyata keçirilib. Bununla da Azərbaycan daşıyıcılarının avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımaları coğrafiyası daha da genişlənərək yükdaşıma fəaliyyəti göstərilən ölkələrin sayı 51-ə çatıb.

Paylaş:
173

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər