Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB

15:14 - 28 / 06 / 2024
Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovla Şəmkir rayonunda keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi rayonun Mehrili kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:44

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Əhliman Vahid oğlu Əsgərovun meyitinin qalıqları Şəmkir rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Şəmkir rayonunun Mehrili kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Ə.Əsgərov Mehrili kənd qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
642

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər