Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib - YENİLƏNİB

11:14 - 28 / 06 / 2024
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Elman Cavadov dəfn edilib - YENİLƏNİB

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovla Sumqayıt şəhərində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

10:56

Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Sumqayıt şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elman Xurşud oğlu Cavadov 1973-cü il sentyabrın 5-də Sumqayıtda anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşüb.

E.Cavadov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
425

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər