Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

14:52 - 29 / 06 / 2024
Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb

Tərtərdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun Qaynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobil Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi BMW markalı avtomobillə toqquşub, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
432

Son xəbərlər

Bütün xəbərlər