Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB

15:23 - 29 / 06 / 2024
Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Nərimanov rayonunun Ziya Bünyadov prospektində yük avtomobilinin üzərində olan texnikanın yolun hərəkət hissəsinə düşməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, qurumdan bildirib ki, quruma 99-JG-895 dövlət qeydiyyat nişanlı avtomobillə iri qabaritli yükün daşınması icazəsinin alınması üçün müraciət edilməyib.

11:14

Bakıda yük avtomobilinin üzərində olan texnika yolun hərəkət hissəsinə aşıb.

Daxili İşlər Nazirliyindən (DİN) 1news.az-a verilən məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionun yaxınlığında baş verib.

Hadisə barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Hazırda sıxlığın yaranmaması, nəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.

Paylaş:
609

Son xəbərlər

Bütün xəbərlər