AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı

18:08 - 01 / 07 / 2024
AZAL Füzuliyə təyyarə biletlərinin satışına başladı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin satışına start verib. Biletləri aviaşirkətin www.azal.az rəsmi veb-saytı vasitəsilə onlayn əldə etmək mümkündür.

AZAL-ın Füzuli Beynəlxalq Hava Limanına müntəzəm reysləri iyulun 17-dən etibarən həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən baş tutacaq.

Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.

- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.

- Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin alınması üçün müvafiq sistem vasitəsilə yoxlanılan icazə kodu tələb olunduğundan bilet alışı ilkin mərhələdə yalnız sayt vasitəsilə onlayn mümkündür. Tezliklə mobil tətbiq üzərindən də bilet alışı prosesi təmin olunacaq.

- Aviabileti yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşurutu üzrə əldə etmək olar.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25%, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90% güzəştlər nəzərdə tutulub.

Qeyd edək ki, 2021-ci il oktyabrın 26-da istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə 8 aya inşa olunub. Aeroport sərnişinlərin rahatlığı və xidmətlərin yüksək səviyyədə göstərilməsi üçün bütün zəruri infrastruktura malikdir.

Paylaş:
202

Son xəbərlər

Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24
Bütün xəbərlər