Filippinin yeni səfiri etimadnaməsi Prezidentə təqdim edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Filippinin yeni səfiri etimadnaməsi Prezidentə təqdim edib - YENİLƏNİB

Qafar Ağayev17:38 - 01 / 07 / 2024
Filippinin yeni səfiri etimadnaməsi Prezidentə təqdim edib - YENİLƏNİB

Prezident İlham Əliyev iyulun 1-də Filippin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlət başçısı səfirlə söhbət etdi.

Henri Jr. Bensurto Filippin Prezidenti Ferdinand Romualdez Markosun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin inkişafını qeyd edərək beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin turizm, investisiyalar sahələrində əməkdaşlığa və insanlar arasında təmaslara toxundu, hökumət nümayəndə heyətlərinin səfərlərinin önəmini vurğuladı.

Səfir Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin çox uğurlu olduğunu, bu məsələdə böyük bir irs qoyduğunu və Azərbaycanın bu Hərəkatın təsisatlanması istiqamətində ciddi addımlar atdığını qeyd etdi.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Henri Jr. Bensurto Filippinin də bu tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını dedi.

Prezident İlham Əliyev Azərbaycanın həm Qoşulmama Hərəkatına, həm də COP29-a sədrliyi ilə bağlı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi.

Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirilməsinə üzv ölkə kimi Filippinin göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi.

Dövlət başçısı COP29 çərçivəsində Azərbaycanın Qlobal Cənubun tərkib hissəsi olaraq ölkələr arasında həmrəyliyin gücləndirilməsinə və körpülərin qurulmasına çalışacağını vurğuladı.

***

11:37

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Henri Jr. Bensurtonun etimadnaməsini qəbul edib.

Paylaş:
254

Son xəbərlər

3 iyul “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”dürBu gün, 12:12Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərində səfərdədirBu gün, 11:57FHN: Ötən sutka ərzində 4 nəfər xilas edilibBu gün, 11:38“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıbBu gün, 11:28İlham Əliyev Belarus Prezidentini təbrik edibBu gün, 11:09Dağıstanda niqab qadağan edilibBu gün, 11:03Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşırBu gün, 10:58Nazir Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin etdiBu gün, 10:47Beyləqanda ağır yol qəzası olub: Ölən və yaralananlar varBu gün, 10:42Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilib - AÇIQLAMABu gün, 10:35Seyfəlpaşa Əliyev Ədliyyə nazirinin müşaviri oldu - Nazir əmr imzaladıBu gün, 10:29Ədliyyə Nazirliyinin İcra xidmətinə rəis təyin edilib - DOSYEBu gün, 10:26Bağlar ərazisində qanunsuz hasarlar söküldü - VİDEOBu gün, 10:15QDF “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edibBu gün, 10:07Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVABu gün, 10:05“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edirBu gün, 09:58Azərbaycanda taksi sürücülərinin hazırlığının qiymətləndirilməsinin məbləği müəyyən edilibBu gün, 09:47Bu rayonlarda qaz olmayacaqBu gün, 09:35Türkiyə XİN: Bizim xarici siyasətimiz dövlətimizin və millətimizin maraqlarına əsaslanırBu gün, 09:19İran səfirliyi Azərbaycan dövlətinə təşəkkür edibBu gün, 09:07
Bütün xəbərlər